Gələn il uşaqlarla bağlı 9 istiqamət üzrə müavinətlər olacaq.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Azərbaycanda Mövcud Ailə Münasibətləri: Sosial-Psixoloji Təhlil”
ictimai rəy sorğusu və sosioloji tədqiqatın nəticələrinə dair konfrans zamanı deyib.
Onun sözlərinə görə, aztəminatlı ailələrin sosial xidmətlərə daha çox çıxışını təmin etmək üçün ciddi layihələr həyata keçirlirib. 800-dən çox uşaq bu proqramdan yararlanıb.
“Növbəti illərdə sırf sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası ilə bağlı yeni sənəd hazırlanıb. Bu, Milli Fəaliyyət Planıdır və növbəti 6 ildə icra olunacaq.
Ad – 00:19
ƏTRAFLI
Snickers
Digər layihə isə övladlığa götürmə, valideyn himayəsindən məhrum olan uşaqlarla bağlıdır. 106 uşaq yeni ailələrə verilib. Ailələrin qiymətləndirilməsində elektron platformadan istifadə edilib. Növbəti layihə himayədar ailə layihəsidir. Bu da uşaqların cəmiyyətə inteqrasiyası üçün vacibdir”, – nazir müavini deyib.
A.Kəromov bildirib ki, hazırda 50 mindən çox ailə, 200 mindən çox insan ünvanlı dövlət sosial yardımı alır. Onlardan yarıdan çoxu qadın və uşaqlardır.