18 C
Baku
Çərşənbə, May 25, 2022

Nazir müavini: “I Qarabağ müharibəsində xəsarət alanlara yaxın vaxtlarda birdəfəlik ödəmə veriləcək”

“Dövlət başçısının 2021-ci ilin dekabr ayında imzaladığı Fərmanla 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanaraq əlilliyi müəyyən edilmiş şəxslərə, onlardan vəfat edənlərin ailə üzvlərinə yaxın vaxtlarda birdəfəlik ödəmə verilməsinə başlanacaq”.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev “Sosial islahatların uğurları, bu islahatlara beynəlxalq baxış və mükafatlar” mövzusunda mətbuat konfransında deyib.

Onun sözlərinə görə, eyni zamanda, Prezident İlham Əliyevin tapşırığı ilə 44 günlük Vətən müharibəsi iştirakçıları da sosial dəstək proqramı ilə əhatə olunub:

“Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdü təyin olunub” – o deyib.

MənbəAPA
Son xəbərlər
Oxşar xəbərlər