11 C
Baku
Friday, October 25, 2024

Nazir müavini: “İctimai nəqliyyat gəlirli sahə deyil”

İctimai nəqliyyat birmənalı olaraq gəlirli sahə deyil. Ən yaxşı halda subsidiya ilə işləyir.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

Onun sözlərinə görə, bu sahədə subsidiyalaşdırmanı həyata keçirmək üçün ictimai nəqliyyatın özünün gəlirlərindən istifadə olunur.

“Məsələn, 28 May və 20 Yanvar kimi nəqliyyat qovşaqlarının olduğu, insanların çox olduğu yerlərdə ticarət obyektlərinə böyük tələbat var. Bu cür qovşaqlarda bunu tətbiq edə bilsək, təbii ki, özəl sektordan söhbət gedir, ictimai nəqliyyat sektorunu inkişaf etdirmək mümkündür”, – nazir müavini bildirib.

Son xəbərlər
Digər xəbərlər