18 C
Baku
Friday, October 24, 2025

Nazir müavini MİQ müsabiqəsində iştirakın niyə ödənişli olduğunu açıqlayıb

Hazırda müəllimlərin işə qəbulu test və müsahibə mərhələsindən ibarətdir.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini İdris İsayev deyib.

Nazir müavini bildirib ki, test imtahan mərhələsi sadə proses deyil: “2025-ci ildə 65573 nəfər müəllimlərin işə qəbuluna müraciət edib, 33 %-i ilk dəfə, 67 %-i təkrar müraciət edənlərdir. Müraciət edənlərin 18-20%-i iştirak etmir. Təkrar müraciət edənlərin 30%-i müraciət etsə də, prosesə qatılmır, nəticədə problem yaranır. Dövlət buna maliyyə vəsaiti sərf edir. Test imtahanı üçün test blankları hazırlanır. Orta hesabla ildə 2,5-3 milyon manat vəsait sərf edirik. Nəticədə müraciət edib, prosesdə iştirak etməyən şəxslərə cəlb olunan xərclər əsassız xərclərdir, bu, isə 500-600 min manat civarındadır. Biz bu məbləğlə 200 tələbənin təhsil haqqını ödəyə bilərik”.

Qeyd edək ki, layihəyə əsasən, müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak (ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailənin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər istisna olmaqla) ödənişli olacaq.

Son xəbərlər
Digər xəbərlər