16 C
Baku
Thursday, March 28, 2024

Nazir müavini: “Müharibə veteranlarının müavinətlərinin artırılması növbəti islahat paketlərində nəzərə alınacaq”

“Müharibə veteranlarına verilən müavinətlərin artırılması növbəti islahat paketlərində nəzərə alınacaq”.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov əməkhaqqıları, müavinət və təqaüdlərin artırılması ilə əlaqədar keçirilən brifinqdə deyib.

O bildirib ki, hazırkı sosial paket daha çox şəhid ailələri və müharibə əlilliyi olan şəxsləri əhatə edir.

Nazir müavini qeyd edib ki, yeni sosial paket yanvarın 1-dən tətbiq olunsa da, hesablanaraq fevralda ödəniləcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər