10 C
Baku
Friday, December 13, 2024

Nazir müavini: “Naxçıvanda bu il ixrac üçün verilmiş mənşə sertifikatlarının sayı 36 % artıb”

Ötən il Naxçıvanda istehsal olunan qida sənayesi, kənd təsərrüfatı, tikinti və mebel məhsulları 9 ölkəyə ixrac edilib.

Bunu Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov “Sahibkarlar Günü: Naxçıvan Muxtar Respublikasının ixrac perspektivləri” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, 2023-cü ildə verilmiş mənşə sertifikatlarının sayı 2022-ci illə müqayisədə 24,4 %, 2024-cü ilin I rübü ərzində bu göstərici isə ötən ilin eyni dövrü ilə müqayisədə 36 % artıb: “Dövlət dəstəyi ilə sahibkarların yerli və xarici ölkələrdə keçirilən biznes-forum, sərgi və konfranslarda iştirakının təmin edilməsi ixracın artmasına əlverişli şərait yaradıb”.

A. İsmayılov bildirib ki, bu işlərin davamı olaraq Türkiyə Respublikası ilə ticarət əməliyyatlarında yarana biləcək çətinliklərin operativ həll edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin məsul nümayəndələrindən ibarət işçi komissiyası yaradılıb.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli isə tədbirdə çıxış edərək, vurğulayıb ki, muxtar respublikanın bütün ərazisini əhatə edən Azad iqtisadi zonanın yaradılmasına hazırlıq məqsədilə aidiyyəti qurumların rəy və təklifləri əsasında xüsusi iqtisadi rejimin tətbiq edilməsi ilə bağlı konsepsiya və hüquqi sənədlər hazırlanıb və aidiyyəti üzrə təqdim edilib: “Həmçinin, Dövlət Proqramına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının bütün ərazisində gömrük rüsum güzəştini nəzərdə tutan xüsusi gömrük rejiminin yaradılması və ixraca logistik dəstək verilməsi sahəsində də işlər aparılır”.

Son xəbərlər
Digər xəbərlər