27 C
Baku
Wednesday, July 24, 2024

Nazir müavini: “Rəqəmsallaşma hesabına güclü iqtisadiyyat qurmaq barədə düşünürük”

Azərbaycan hökuməti rəqəmsallaşmanın gətirdiyi imkanlar vasitəsi ilə güclü iqtisadiyyat qurmağı planlaşdırır.

Bunu Bakıda keçirilən “Rəqəmsal İqtisadiyyat: Müasir Çağırışlar və Real İmkanlar” adlı II beynəlxalq konfransda rəqəmsal İnkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov bildirib.

“Dünya Bankının son hesablamalarına görə, 2030-cu ildə qlobal ümumi daxili məhsulda rəqəmsal iqtisadiyyatın payı 25%-ə çatdırılacaq. Bu, bir daha rəqəmsal iqtisadiyyatın əhəmiyyətini göstərir. Rəqəmsallaşma nazirlik üçün məqsəd deyil, vasitədir. Biz onun hesabına güclü iqtisadiyyat qurmaq barədə düşünürük. Məhz bu cür güclü, rəqəmsal inkişaf şoklara daha dayanıqlı olur. Görülən işlərlə yanaşı görüləcək işlər də var. Xüsusilə də ixtiraların artırıllması təmin edilməlidir. Pandemiya bizə bir daha göstərdi ki, qabacıl şirkətlər məhz transformasiya strageyalarını elə qurmalıdırlar ki, yeni dünyanın çağırışlarına uyğunlaşa bilsinlər”, – deyə o, qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər