11 C
Baku
Sunday, November 17, 2024

Nazir müavini: “Sənaye məhsullarının qeyri-neft-qaz ixracında payı 68%-ə çatıb”

Bu ilin 10 ayında Azərbaycanın ixracı 29 milyard ABŞ dollarını ötüb, ticarət balansının profisiti 15 milyard ABŞ dollarından çox olub.

Bunu iqtisadiyyat nazirinin birinci müavni Elnur Əliyev bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə Bakıda keçirilən “Gömrük-Biznes Forumu 2023″də çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qeyri-neft-qaz sektorunun ixracı isə 11%-dən çox artaraq 2.7 milyard ABŞ dollarını ötüb: “Emal olunmuş kənd təsərrüfatı məhsulları çıxılmaqla qeyri-neft sənaye məhsullarının qeyri-neft-qaz ixracında payı 68%-ə çatıb. Cari ilin 9 ayında sənaye zonalarının qeyri-neft-qaz ixracında payı 23% təşkil edib”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər