Dayanıqlı maliyyə modellərinin qurulmasını mütləq təmin etməliyik.
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.
Onun sözlərinə görə, kənd yerləri və rayon mərkəzləri ilə əlaqənin qurulması bununla bağlıdır.
“Heç bir sahibkar bugünkü şərtlər altında yeni nəqliyyat vasitəsi əldə etmir. Həmin xəttlə, həmin nəqliyyat vasitəsini istifadə edib, hazırkı gediş haqqı ilə gəlir əldə etmək imkanı yoxdur. Bunu çox böyük təəssüf hissi ilə qeyd edirik”, – nazir müavini bildirib.