12 C
Baku
Saturday, November 23, 2024

Nazir müavini: “Son 5 ildə suvarma sistemlərinin qurulmasına 93 milyon manat subsidiya ayrılıb”

Son 5 ildə Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə 38.2 min hektar ərazidə suvarma sistemlərinin qurulmasına 93.3 milyon manat subsidiya ayrılıb.

Bunu kənd təsərrüfatı nazirinin müavini Sərvan Cəfərov Bakı Su Həftəsi Konfransında (“Baku Water Week Conference”) bildirib.

“Bununla yanaşı, müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı, elecə də bu konteksdə pilot suvarma sistemlərinin qurulması ilə bağlı əhəmiyyətli güzəştlər nəzərdə tutulub və hazırda bu proqram uğurla davam etdirilir”, – deyə o qeyd edib.

“Hazırda müasir suvarma sistemlərinin tətbiqinin stimullaşdırılması məqsədilə fiziki və hüquqi şəxslərə lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına onların ilkin dəyərinin 40%-i qədər güzəşt tətbiq edilir”, – deyə nazir müavini əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər