5 C
Baku
Monday, March 3, 2025

Nazir müavini: Tarif həssas məsələdir, cəmiyyətlə dövlətin səmimi müzakirəsinə ehtiyac var

Tarif həssas məsələdir, burada sosial sazişə, cəmiyyətlə dövlətin səmimi müzakirəsinə ehtiyac var.

Bunu bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən “Enerji səmərəliliyi: nəticələr və gözləntilər” mövzusunda ictimai müzakirədə energetika nazirinin müavini Elnur Soltanov deyib.

Elnur Soltanov bildirib ki, tariflər müəyyən həddin üzərində olmalıdır: “Tariflər aşağıdırsa, bu səmərəliliyi qarşılamaz. Ona görə optimal qərarlar verilməlidir. 97 % qazlaşma bir az anormal rəqəmdir. Avropada bu rəqəmin olmaması normaldır. Avropada dağ kəndinə qaz çəkilməsinin maliyyəti o qədər çoxdur ki, kəndi daha münbit əraziyə köçürmək daha az xərc tələb edir. Azərbaycanda satılan qaza qənaət edilib, Avropa bazarına çıxarılarsa, satılarsa, daha çox səmərə gətirə bilər. Cəmiyyət səmimi müzakirələrə hazır olmalıdır”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər