Hal-hazırda Türkiyə vasitəsilə Avropaya illik 26 mlrd. kubmetr təbii qaz tədarük edilir.
Bu barədə Türkiyə energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun konfransında çıxışı zamanı bildirib.
O qeyd edib ki, Avropanın enerji təhlükəsizliyi istiqamətində Azərbaycan və Türkiyə liderlərinin səyi və siyasi iradəsi nəticəsində TAP və TANAP layihələri həyata keçirilib və bu layihələrə alternativ qaynaqların qoşulması məsələsi müzakirə olunur.
Nazir müavini, Türkiyənin Türkmənistan, İran, İraq kimi ölkələrdən təbii qazın Avropaya tədarük edilməsi mövzusunda xüsusi onəmə sahibdir: “Biz əlavə olaraq Rusiyanın təbii qazının Türkiyəyə tədarük edilməsini dəyərli və önəmli hesab edirik. Türkiyə Avropanın təbii qazla təchiz edilməsi məsələsində oynadığı rolu davam etdirəcək, amma burada siyasi iradənin nümayiş etdirilməsi şərtdir”.