Bu ilin yanvar-sentyabr aylarında ÜDM-də tikintinin payı 3 mlrd. 879 mln. manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.3% çoxdur.
Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.
“Tikinti materiallarının istehsalı sahəsində isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artım qeydə alınıb”, – deyə S. Məmmədov qeyd edib.