Məlum olduğu kimi, ötən gün “Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”yə dəyişiklik edilib.
Prezident İlham Əliyevin imzaladığı Fərmanla kənd təsərrüfatı nazirinin müavinlərinin sayı 3-dən 4-ə artırılıb.
Bu gün isə Prezidentin müvafiq sərəncamları ilə indiyədək nazirlikdə müşavir postunu tutan Zaur Əliyev və Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin müdiri Seymur Səfərli nazir müavini vəzifəsinə təyinat alıb.
Bunun ardınca Məcnun Məmmədovun müavini Sarvan Cəfərov da vəzifəsindən azad edilib.
Onun bu günlərdə daha yüksək vəzifəyə təyin olunacağı gözlənilir.
Qeyd edək ki, hazırda kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müavinləri – Elçin Zeynalov, Zaur Əliyev, Seymur Səfərli və İlhamə Qədirovadır.







