Hazırda qeyri-neft ixracının artırılması məqsədi ilə 10 ölkə ilə Azad Ticarət sazişi və Türkiyə Respublikası ilə prefensial ticarət sazişi qüvvədədir.
Bunu Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə keçirilən “Gömrük-Biznes Forumu 2023”-də çıxışı zamanı iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.
Türkiyə imzalanmış prefensial sazişə əsasən birsıra kənd təsərrüfatı və digər Azərbaycan və Türkiyə mənşəli mallara qarşılıqlı preferensial ticarət rejimi tətbiq edilir.
O bildirib ki, neft və qazın dünya bazar qiymətlərinin azalmasına baxmayaraq xarici ticarət balansında böyük həcmli profisit müşahidə olunmaqdadır.