8 C
Baku
Wednesday, January 28, 2026

Nazir müavini: “Yeni Günəşli, Zabrat, Masazır, Saraya metro xətlərinin çəkilməsi nəzərdən keçiriləcək”

Paytaxtın mərkəzindən nisbətən uzaqda yerləşən Yeni Günəşli, Zabrat, Masazır, Saray və digər yaşayış massivlərinə metro xətlərinin çəkilməsi növbəti mərhələlərdə nəzərdən keçiriləcək.

Banker.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.

Onun sözlərinə görə, hazırkı mərhələdə əsas prioritet şəhər mərkəzindəki metro stansiyalarının yükünün azaldılmasıdır: “Hazırda mərkəzi stansiyalar rolunu əsasən “28 May” və “Sahil” metro stansiyaları daşıyır. Digər istiqamətlərdən gələn sərnişin axınının böyük hissəsi bu stansiyalarda cəmləşir. Buna görə ilkin mərhələdə keçid stansiyalarının inşası nəzərdə tutulub”.

Nazir müavini qeyd edib ki, məqsəd şəbəkəni şaxələndirmək və sərnişinlərə mərkəzə alternativ marşrutlar təqdim etməkdir.

Bildirib ki, 2030-cu ilədək Nizami, Sahil və Xətai stansiyaları üçün də keçid stansiyaları inşa olunacaq: “Bununla mərkəzi stansiyalardakı sıxlıq azalacaq. Növbəti mərhələlərdə isə metro xətlərinin şəhər ətrafı ərazilərə uzadılması məsələsi gündəmə gətiriləcək”.

Son xəbərlər
Digər xəbərlər