10 C
Baku
Wednesday, December 11, 2024

Nazir müavininə yeni vəzifə verildi

Kənd təsərrüfatı nazirinin müavini Azərbaycan Respublikasının mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın üzvü olacaq.

Banker.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini də Komissiyanın üzvləri sırasında yer alacaq.

Komissiyada İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavinini isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktorunun müavini əvəzləyəcək.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Son xəbərlər
Digər xəbərlər