Asif Əzizağa oğlu Ağayev Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və Beyləqan Rayon İcra Hakimiyyəti başçısı təyin edilib.
Banker.az-ın xəbərinə görə, müvafiq sərəncamı oktyabrın 30-da Azərbaycan prezidenti İlham Əliyev imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Tahir Nadir oğlu Məmmədov Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
T. Məmmədov bundan öncə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının daxili nəzarət və audit şöbəsinin müdiri vəzifəsində çalışırdı.