2 C
Baku
Sunday, December 15, 2024

Nazir müşaviri: “Tullantı sularının 40%-i ətraf mühitə, dənizə axıdılır”

“Maşınlardan qara tüstü çıxması yanacağın keyfiyyəti ilə bağlıdır”.

Bu fikirləri ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında bildirib.

Müşavir qeyd edib ki, Azərbaycanda ekoloji qanunvericilik 100 % icra olunmur: “Bunu ətrafa baxanda da görə bilərik. Qanunların həyata keçirilməsinə nəzarət tədbirləri çərçivəsində deyə bilərəm ki, buna külli miqdarda maliyyə və zaman lazımdır. Məsələn Xəzər dənizinin tullantı sularından danışsaq… Şəhərdə formalaşan tullantı sularının 60 faizi təmizləyici qurğulara yönləndirilir. Yerdə qalanları tənzimləmə prosesindən keçməyərək ətraf mühit və ya dənizə axıdılır”.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər