“Naxçıvan” Universitetinin fəaliyyətinin dayandırılması mərhələli şəkildə həyata keçiriləcək.
Bunu Naxçıvan Muxtar Respublikasının (MR) təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov jurnalistlərə açıqlamasında deyib.
O bilidirib ki, elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə universitetin fəaliyyətinin dayandırması ilə bağlı müəyyən məlumat verib: “Naxçıvandakı ali təhsil müəssisələri Muxtar Respublikanın Təhsil Nazirliyinin tabeliyində olan müəssisələr kimi fəaliyyət göstərmir. Həmin təhsil ocaqları birbaşa Elm və Təhsil Nazirliyinə tabedir. Adıçəkilən özəl universitetin bağlanması ilə bağlı məlumatlar müvafiq mərhələlərlə ictimailəşdiriləcək”.
E.Nəcəfov ölkədə müəyyən özəl ali təhsil müəssisələrinin bağlanması və tələbələrin digər aidiyyəti yerlərə köçürülməsi təcrübəsinin olduğunu da diqqətə çatdırıb: “Böyük ehtimal həmin təcrübələr burada da tətbiq ediləcək”.