24 C
Baku
Monday, April 29, 2024

Nazir: “Neft-qaz sektoruna 89 milyard dollar xarici sərmayə qoyulub”

İndiyə qədər Azərbaycanın neft-qaz sektoruna 89 milyard ABŞ dolları xarici sərmayə qoyulub.

Bunu energetika naziri Pərviz Şahbazov Bakıda “Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi” mövzusunda keçirilən konfransda bildirib.

“Azərbaycandan Avropaya qaz tədarükü və bu ixracın marşrutunu, enerji bağlantılarının münasibətlərdə önəmini Heydər Əliyev hələ 90-cı illərdə dəqiqliklə təsvir edirdi. Deyirdi ki, qaz kəmərini də Xəzər dənizindən Türkiyəyə gətirmək lazımdır. Bu həm də Türkiyədən sonra Avropa ölkələri üçün lazımdır. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”dən 615 milyon ton neft, 42 milyon ton kondensat, 399 milyard kubmetr təbii qaz çıxarılıb, 613 milyon ton neft və 135 milyard kubmetr qaz ixrac olunub, 176 milyard ABŞ dolları gəlir əldə edilib”, – deyə o qeyd edib.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər