Növbəti illərdə elm və innovasiyalar sahəsində yeniliklər görəcəyik.
Bunu elm və təhsil naziri Emin Əmrullayev “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, gündəmə yeni nəsə çıxanda dərhal buna uyğun ixtisasın yaradılması düşünülür.
“Hesab edirlər ki, təhsil sisteminə yeni ixtisasın əlavə edilməsi ilə problemlər həllini tapacaq. Anlamalıyıq ki, “yaşıl iqtisadiyyat” və ya bərpa olunan enerji, eləcə də bu kimi mövzuları daha yaxşı təqdim etmək üçün sadəcə fundamental elmlərə düzgün yanaşma lazımdır”, – nazir qeyd edib.