12 C
Baku
Monday, November 25, 2024

Nazir: Ölkə sərhədlərinin toxunulmazlığının gücləndirilməsi üçün maliyyə təminatı yaradılacaq

Növbəti ilin dövlət büdcəsi xərclərinin prioritet istiqamətlərindən biri olan müdafiə, milli təhlükəsizlik xərcləri artırılır. Bu vəsait müzəffər ordumuzun daha da peşəkarlaşması, ordunun maddi-texniki təchizatının daha da yaxşılaşdırılması üçün maliyyə təminatının yaradılması üçündür. Ölkə sərhədlərinin toxunulmazlığının gücləndirilməsi üçün maliyyə təminatı yaradılacaq.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, azad edilmiş ərazilərə Böyük Qayıdışın təmini üçün 4 milyard manat vəsait ayrılması nəzərdə tutulur: “Bununla yanaşı azad edilmiş ərazilərdə sosial iqtisadi təminatın yaradılması üçün 10 il müddətinə dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımının göstərilməsi üçün vəsaitin ayrılması proqnozlaşdırılır”.

Samir Şərifov qeyd edib ki, icbari tibbi sığorta fondunun öz gəlirləri istisna olmaqla, büdcədən vəsait ayrılması da proqnozlaşdırılır: “Cari illə müqayisədə bu vəsait 112 milyon manat çox olacaq. Həmçinin, gələn ilin büdcəsində ölkəmizin buğda ilə özünü təminetmə səviyyəsinin artırılması üçün 60 milyon manat vəsaitin ayrılması proznozlaşdırılır”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər