4 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

Nazir: “Orta aylıq əmək pensiyası artaraq 295 manat olub”

2020-ci ilin 4 ayı ərzində əmək pensiyalarının orta aylıq məbləği 2020-ci ilin 1 yanvar tarixinə nisbətən 12% və yaxud 31,74 manat artaraq cari ilin 1 may tarixinə 295,3 manat təşkil edib.

Banker.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev  “Azərbaycan” qəzetinə müsahibəsində birdəfəlik ödəmə proqramından danışarkən deyib.

2020-ci ilin 1 may tarixinə yaşa görə pensiyaların orta aylıq məbləği isə 329 manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün növ pensiyaların orta aylıq məbləği 64,24 manat və ya 27,8% artıb. Bu isə pandemiya şəraitində pensiyaçılarımızın maddi təminatının qorunmasına ciddi dəstəkdir.

Son xəbərlər
Oxşar xəbərlər