Ortamüddətli Xərclər Çərçivəsinin (OMXÇ) yeni sektorlara tətbiqi planlaşdırılır.
Bunu maliyyə naziri Samir Şərifov təhsil sektorunda Ortamüddətli Xərclər Çərçivəsinin tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçid istiqamətində görülmüş işlərin və aparılmış monitorinqin nəticələri, eləcə də islahat prosesində qarşıya çıxan problemlərin və növbəti addımların müzakirəsi məqsədilə keçirilən seminarda çıxışı zamanı deyib.
O bildirib ki, OMXÇ-nin yeni sektorlara tətbiqi ilə bağlı işlərə cari ildən başlanılması planlaşdırılır.
“Yeni sektorlara sosial təminat, mədəniyyət və incəsənət, turizm, gənclər və idman sektorları aid olacaq. Bununla bağlı xərclər 2025-2027-ci illərin büdcə planlamasında nəzərə alınacaq”, – deyə nazir əlavə edib.