17 C
Baku
Friday, October 18, 2024

Nazir: “Özəl sərmayələrdən istifadə etməyəcəyiksə, bu, inkişafımızı məhdudlaşdıracaq”

“Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin qəbul edilməsi üçün zərurət çox sadədir. İnkişaf getdikcə, biz ilkin infrastrukturu ödədikdən sonra iqtisadiyyat mürəkkəbləşir”.

Bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, böyük kapital tutumlu layihələrə ehtiyac yaranır: “Həyat şəraiti yaxşılaşdıqca həm əhali, həm də sahibkarlıq subyektləri tərəfindən gözləntilər də artır. Əgər biz özəl sərmayələrdən, eyni zamanda, xarici bazarlardan cəlb etdiyimiz sərmayələrdən istifadə etməyəcəyiksə, bu, bizim inkişafımızı məhdudlaşdıracaq. Biz bir çox infrastruktur obyektlərini tikirik. Ancaq onların idarəetməsində heç də hər zaman səmərəli idarəetməni görmürük. Prezident İlham Əliyev tərəfindən yaradılmış İnvestisiya Holdinqi bizim qarşımızda tam mənzərəni qoyur. İri dövlət şirkətlərində böyük həcmdə səmərəlilik potensialı var. Bu təkcə dövlət şirkətlərinə aid deyil. Bu da müəyyən mənada anlaşılandır. Heç də bütün hallarda dövlət yaxşı sahibkar deyil. Özəl investordan fərqli olaraq, iqtisadi səmərəliliyə yönəlmir. Özəl sərmayəçi hər zaman daha keyfiyyətli işi təmin etməklə daha səmərəli işlər ortaya qoymaqda maraqlı olur. Dövlət başqa sahələrə yönəlməlidir. Qanunvericiliyin tənzimləməsi və s. Amma iqtisadi risklərin aradan qaldırılması nəticəsində əldə edilən gəlirlərin özəl sərmayəçi tərəfindən idarə edilməsi daha səmərəli iş ortaya çıxarır. Bu bazar iqtisadiyyatının da tələbidir”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər