Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisinin müavini vəzifəsindən azad edilib.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Babaşov İlham Balasəlim oğlu akademiyanın rəis müavini vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.
Qeyd edək ki, polkovnik İlham Babaşov 1967-ci ildə Ağsu rayonunda anadan olub. Onun başqa bir dövlət qurumunun akademiyasında çalışacağı deyilir.