Nazir: PUA bazarının 65 faizi Türkiyənin əlindədir

Rusiya-Ukrayna müharibəsi və ABŞ ilə İsrailin İrana hücumları göstərir ki, hazırkı münaqişələrdə pilotsuz uçuş aparatları (PUA) ön plana çıxıb.

Bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır “Kanal 7″nin efirində deyib.

“PUA, kamikadze dronlar bahalı silahlardan üstün olub”,- o bildirib və əlavə edib ki, indiki müharibələr cəbhədə yox, məsafədən aparılır:

“Bu savaşlarda milyonlarla dollar dəyərində olan silahlardan çox daha ucuz PUA, süni intellektlə idarə olunan sistemlərin işə yaradığı ortaya çıxıb. Hazırda PUA sahəsində Türkiyə dünyanın ən təcrübəli ölkəsidir və bazarın 65 faizi Türkiyənin əlindədir”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər