8 C
Baku
Friday, November 29, 2024

Nazir: “Qarabağ regionunda meşə bərpası planlaşdırılır”

Azərbaycanda təhlükəli meteo insidentlərin qarşısının alınması üçün erkən xəbərdarlıq sistemi yaradılıb”.

Bunu, “Gələcəyə baxış: rəqəmsal kənd təsərrüfatına keçid” adlı konfransda çıxış edərkən Azərbaycan Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.

Onun sözlərinə görə, bu istiqamətdə işlər Kənd Təsərrüfatı Nazirliyi ilə birgə aparılır ki, bu sektorun dayanıqlığı təmin edilsin.

“”Yaşıl kənd təsərrüfatı”na dəstək vermək üçün biz birgə fəaliyyət planı hazırlamışıq. Torpaqların işğaldan azad edilməsi bu sektorun inkişafında yeni mərhələ olub. Bu ərazilərdə ağıllı kənd təsərrüfatı konsepsiyasından istifadə edilməsi birbaşa olaraq qida təhlükəsizliyi hədəflərinə öz töhfəsini verəcək” – deyə, nazir qeyd edib.

O həmçinin əlavə edib ki, Ermənistan tərəfindən 30 il ərzində Azərbaycan torpaqlarının işğalda saxlanılması meşələrə, su resurslarına və regionun bütün ekosisteminə çox mənfi təsir göstərib.

“Qarabağ regionunda meşə bərpası planlaşdırılır ki, bu da iqlim dəyişikliyinin və torpaq deqradasiyasının qarşısının alınmasına yönəlib. Azərbaycan 2050-ci ilə qədər Qarabağda “netto sıfır emissiya” zonasının yaradılmasını bəyan edib” – deyə, Muxtar Babayev qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər