32 C
Baku
Tuesday, July 23, 2024

Nazir: Qarabağ Universitetində işləyən müəllimlər yaşayış yeri ilə təmin ediləcəklər

Qarabağ Universitetində işləyən müəllimlər müvafiq qaydalara əsasən yaşayış yeri ilə təmin ediləcəklər.

Bunu jurnalistlərə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, Qarabağ Universitetində müəllimlərin əməkhaqqı orta aylıq əməkhaqqı ilə müqayisədə yuxarı olacaq: “Qarabağ Universitetinə təcrübəli müəllimlər cəlb olunacaq. Eyni zamanda, universitetdə yüksək bal toplayan tələbələr üçün əlavə təqaüdlər nəzərdə tutulur”.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər