9 C
Baku
Thursday, December 12, 2024

Nazir qeyri-neft sektorunda əlavə dəyər göstəricilərini açıqladı

Tikinti sektorunda bu ilin 8 ayında ötən ilin müvafiq dövrünə nisbətən əlavə dəyər 14%, emal sənayesində 4.2%, qeyri-neft emal sənayesində isə 12.7% artıb.

Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi Twitter hesabında paylaşım edib.

Paylaşıma əsasən, yaradılmış əlavə dəyər nəqliyyat və anbar təsərrüfatı üzrə 26.7% artaraq 5 145.9 mln. manat, emal sənayesi üzrə 4.2% artaraq 4 364.1 mln. manat, tikinti üzrə 14% artaraq 3 318.8 mln. manat, turistlərin yerləşdirilməsi və ictimai iaşə üzrə 74.8% artaraq 1 239.2 mln. manat, informasiya və rabitə üzrə isə 15.3% artaraq 1 148.4 mln. manat olub.

 

Son xəbərlər
Digər xəbərlər