21 C
Baku
Tuesday, October 1, 2024

Nazir: Qısa zamanda mədəniyyət müəssisələrindəki vakant yerlərə mərhələli şəkildə təyinatlar olacaq

“Mədəniyyət müəssisələrindəki vakant yerlərə təyinatların olması bizim üçün vacib məsələlərdən biridir”.

Bu sözləri açıqlamasında mədəniyyət naziri Adil Kərimli bildirib.

“Mədəniyyət Nazirliyinin bütün komandası çalışır ki, icrası xüsusi peşəkarlıq tələb edən və bizim üçün həssas hesab olunan vəzifələrə qısa zamanda təyinatlar olunsun. Bu cür strateji mədəniyyət müəssisələrində direktor, baş rejissor kimi əhəmiyyət kəsb edən vəzifələrə xüsusi bilikləri, təcrübəsi, dünyagörüşü olan, müasir yanaşmalar ifadə edə bilən şəxslərin cəlb edilməsi istiqamətində xüsusi işlər aparılır. Bilirsiniz ki, son bir il ərzində Mədəniyyət Nazirliyinin daxilində kadr fondu formalaşdırmışıq. Eyni zamanda, dəyərli mütəxəssislərimiz mövcuddur. Yəqin ki, onların arasından seçim aparılacaq və qısa zamanda mədəniyyət müəssisələrindəki vakant yerlərə mərhələli şəkildə təyinatlar olacaq”, – deyə o qeyd edib.

Mənbəapa
Son xəbərlər
Digər xəbərlər