Samux Rayon Polis şöbəsinin rəis müavini Fikrət Musayev vəzifəsindən azad edilib.
Bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, F.Musayev sərəncama götürülüb. Onun yerinə hələlik təyinat olmayıb.
Qeyd edək ki, ötən gün nazirin əmri ilə polis polkovnik-leytenantı Ramil Səfərəliyev Samux Rayon Polis Şöbəsinə rəis təyin edilib.