19 C
Baku
Saturday, October 12, 2024

Nazir revanşistlərin bütün təxribatlarına hazır olmaq tapşırığı verdi

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 12-də Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən  məlumat verilib.

Müdafiə naziri qoşunların döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, ayıq-sayıqlığın artırılması, eləcə də revanşist qüvvələrin şərti sərhəddə ehtimal olunan bütün təxribatlarına qarşı preventiv tədbirlərin görülməsinə hazır olmaqla bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verib.

Azərbaycan Ordusunun arsenalına daxil edilən yeni silah, texnika və hava hücum vasitələrinin imkanlarının, düzgün istismarının, həmçinin gecə və gündüz şəraitində effektiv döyüş tətbiqinin keçirilən təlimlərdə dərindən öyrənilməsinin əsas tələblərdən biri olduğu müşavirə iştirakçılarının nəzərinə çatdırılıb.

Hərbi hissələrdə qoşun xidmətinin effektiv təşkili, digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyətdə ərazilərimizin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, kəskin relyef və sərt iqlim şəraitində yerləşən mövqelərin mühəndis-istehkam cəhətdən yaxşılaşdırılmasının, təminat yollarının daim işlək vəziyyətdə saxlanılmasının vacibliyi vurğulanıb.

Son xəbərlər
Digər xəbərlər