“Son illər ərzində müxtəlif səbəblərə görə risk kimi bizim qarşımızda duran məsələlər – istər milli valyutanın məzənnəsi, istər dəyər zəncirlərinin aşağı düşməsi kimi səslənən risklər mövcud deyil”.
Bunu ulu öndər Heydər Əliyevin sahibkarlarla görüşünün 20 illiyinə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda keçirilən konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, həyata keçirilən təhlükəsizlik, sabitlik siyasəti bu kimi risklərin Azərbaycan iqtisadiyyatına təsirinin qarşısını alır:
“Azərbaycanda olan sənaye parkları, istər azad iqtisadi zonalar, aidiyyəti dövlət qurumlarının fəaliyyəti, gömrük yaşıl dəhlizləri, əmək sahəsində, vergi qanunvericiliyi sahəsində aparılan uğurlu dəyişikliklər bu gün yalnız sahibkarlar üçün deyil, xarici ölkələrdə də bizə olan marağı artırır. Biz bu istiqamətdə lazımi dəstəyi verməyə hazırıq”.