5 C
Baku
Saturday, December 14, 2024

Nazir: “Rusiya-Ukrayna müharibəsi Qara dənizdə logistika problemlərinə səbəb olub”

“Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) koronavirus (COVID-19) pandemiyasının çətinliklərindən uğurla keçib”.

Bunu Bankın Bakıda keçirilən 24-cü İllik Toplantısında maliyyə naziri, QDTİB-in Azərbaycan üzrə təmsilçi direktoru Samir Şərifov bildirib.

Bununla yanaşı, onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi dünyanın qida təhlükəsizliyinə təhdid yaradıb, Qara dənizdə logistika problemlərinə səbəb olub.: “Hazırda beynəlxalq maliyyə institutları üçün vəziyyəti qiymətləndirib analiz etmək çox vacibdir”

“Azərbaycan QDTİB-nin həmtəsisçilərindən olmaqla regionun iqtisadi inkişafında göstərdiyi səylərə sadiqdir. Ölkəmiz qısa müddətdə bankın inkişafında fəallıq göstərib. Bankın coğrafi arealını genişləndirmək üçün yeni hədəfləri var və bu hədəfləri tam dəstəkləyirik”, – deyə nazir əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər