5 C
Baku
Saturday, December 14, 2024

Nazir: “Rusiya-Ukrayna müharibəsi qiymətlərin artımına səbəb olub”

Qlobal miqyasda ilk növbədə enerji daşıyıcılarının qiymətinin artması gübrəni bahalaşdırdı ki, bu da öz növbəsində ərzaq məhsullarının, taxılın qiymətlərinin artmasına gətirib çıxardı.

Bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, digər tərəfdən Rusiya və Ukrayna arasında hərbi münaqişə, nəqliyyat-logistika problemlərini daha da gərginləşdirdi ki, bu da nəticədə qiymətlərin artımına səbəb oldu.

“Bununla yanaşı xarici faktorlar hesabına dünya miqyasında formalaşan qiymət artımları Azərbaycana da sirayət edib. Çünki bir çox məhsullar ölkəyə idxal olunur və sözsüz ki, bunun mənfi təsirlərini də biz hazırda yaşayırıq”,- deyə Samir Şərifov qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər