29 C
Baku
Saturday, July 13, 2024

Nazir: “Sahibkarlığın İnkişafı Fondu 2.8 milyard manatdan çox güzəştli kredit verib”

“2003-2022-ci illərdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 43 minədək investisiya layihəsinin maliyyələşməsinə 2,8 milyard manatdan çox güzəştli kredit verilib”.

Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, özəl sektorun dəstəklənməsi iqtisadi siyasətimizin mühüm alətidir:

“Bu layihələr hesabına 178 mindən çox yeni iş yerinin açılması imkanı yaranıb ki, bunun da 80%-dən çoxu regionların payına düşür. Güzəştli kreditlərin 75%-i regionlara ayrılıb”.

M. Cabbarov bildirib ki, dövlət başçısının təşəbbüsü ilə sənaye zonaları – 7 sənaye parkı və 5 sənaye məhəlləsi yaradılıb:

“Sənaye zonalarında ümumilikdə 10 milyard manatdan çox məhsul istehsal edilib ki, bunun da 3,4 milyard manatlıq hissəsi ixrac olunub”.

Son xəbərlər
Digər xəbərlər