15 C
Baku
Thursday, November 20, 2025

Nazir sertifikasiyadan keçən bütün müəllimlərin əməkhaqlarının nəticədən asılı olmayaraq eyni qədər artırılmasını təklif edir

Müəllimlərin əməkhaqlarının artımı üçün vahid əmsaldan istifadə edilməsini təklif edirik.

Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzi” proqramında səsləndirib.

“Növbəti mərhələdə biz müəllimlərimizi yenidən sertifikatlaşdırmaya cəlb edəcəyik. Müəllimlər üçün əməkhaqqı saathesabı ilə deyil, vahid bir sistem üzrə müəyyənləşdiriləcək. Saathesabı ilə əməkhaqqı sistemi isə ləğv olunmur.

Növbəti sertifikatlaşdırma mərhələsində artıq əvvəlki kimi 10% və ya 35% artım əmsallarından deyil, vahid bir əmsaldan istifadə edilməsini təklif edirik. Çünki birinci mərhələdən fərqli olaraq indi artıq bilirik ki, sistemdə qalan müəllimlərin heç olmasa minimal bilik səviyyəsi var. Bu mərhələdə artıq müəllimin biliyinin səviyyəsini bir neçə kateqoriyada deyil, vahid əmsalla qiymətləndirə bilərik. Bu da təklif formasındadır, mən bu rəqəmi (məsələn, 30%, 35%, ya da 40%) səsləndirməklə nə vəd vermir, qərar elan etmirəm. Bu, sadəcə bir təklifdir və digər dövlət qurumlarının da razılığı tələb olunur. Dövlət büdcəsi dəstəkləyərsə, sertifikasiyadan keçmiş müəllimlərin əməkhaqları şərti olaraq 35% artırıla bilər. Bu zaman müəllimlərin sertifikasıyadan hansı nəticə ilə keçməyi fərq etməyəcək. Əsas odur, keçib. Sistemin hədəfi müəllimlərin maaşlarının əsaslı şəkildə artırılmasıdır”, – nazir əlavə edib.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər