1 C
Baku
Saturday, February 22, 2025

Nazir: Son 20 ildə səhiyyəyə ayrılan büdcə vəsaiti 30 dəfə artırılıb

Son 20 ildə səhiyyəyə ayrılan büdcə vəsaiti 30 dəfə artırılıb, 700-dən çox səhiyyə müəssisəsində təmir-tikinti işləri aparılıb. Həmin müəssisələrin 70 faizdən çoxu regionların payına düşür.

Bu sözləri səhiyyə naziri Teymur Musayev Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının 50 illik yubileyinə həsr olunmuş Azərbaycan Endouroloji Cəmiyyətinin II konqresinin rəsmi açılış mərasimində çıxışında bildirib.

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva vətəndaşların sağlamlığına həssaslıqla yanaşır, müxtəlif sosial təşəbbüslərlə çıxış etməklə yanaşı, həm də onlara dəstək verir. Səhiyyənin yeni maliyyələşmə mexanizmi olan icbari tibbi sığorta 2021-ci il aprelin 1-dən bütün respublika ərazisində tətbiq olunur. Xidmətlər zərfi çərçivəsində 3315 sayda tibbi xidmət göstərilir. Bu xidmətlər siyahısında müasir uroloji əməliyyatlar da yer alır”, – deyə nazir qeyd edib.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər