3 C
Baku
Çərşənbə axşamı, Yanvar 25, 2022

Nazir: “Son üç ildə Azərbaycanda sosial ödəniş alanların sayı 160 min nəfər artıb”

“2018-2021-ci illərdə sosial təminat növləri üzrə illik xərclər 2,4 mlrd. manat və ya 60% artaraq 6,4 mlrd. manata çatıb”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında bildirib.

Nazir həmin müddətdə mühüm sosial islahatların reallaşdırıldığını, pensiya, müavinət, təqaüd və ünvanlı yardımlarda ciddi artımlar edildiyini diqqətə çatdırıb.

O qeyd edib ki, aparılan islahatlar sosial təminatla əhatə olunanların sayının artması ilə də nəticələnir: “Sosial təminat növləri üzrə ödəniş alanların sayı 2018-2021-ci illərdə 160 min nəfər artaraq 2,56 milyona çatıb”.

Son xəbərlər
Oxşar xəbərlər