Nazir: “Təhsil kreditində faiz dərəcəsi çox az olacaq”

“Təhsil Tələbə Kredit Fondu Azərbaycandakı universitetlər üçün nəzərdə tutulub, xaricdə təhsil alanlar üçün yox”.

Bunu təhsil naziri Emin Əmrullayev mətbuat konfransında bildirib.

O bildirib ki, tələbə təhsil haqqı ödəyə bilməyəndə bu universitet üçün də problem olur: “Amma təhsil krediti universitet üçün 70-80 faiz maliyyə dayanıqlığı deməkdir. Bu kredit istehlak kreditlərindən fərqli olacaq, orada faiz iki rəqəmli olur, amma burada faiz dərəcəsi sıfıra yaxın, yəni çox az olacaq. Amma bu, vətəndaşı məsuliyyətdən azad etmir, bu kredit aləti ilə vətəndaş həyatının növbəti mərhələlərində məsuliyyətli olmalıdır. Tələbə krediti qarşılıqlı inam və tələbə dövründən sosial məsuliyyəti dərk etməyə kömək edəcək, burada 20 illik müddətdən söhbət gedir”.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.