6 C
Baku
Sunday, December 15, 2024

Nazir: “Türkiyə azad edilmiş ərazilərdə infrastrukturun yaradılmasında iştirak edir”

“Azad olunmuş ərazilərə Böyük Qayıdış Milli Prioritetinin reallaşdırılmasında Türkiyə ilə əməkdaşlıq önəmlidir”.

Bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov feysbuk hesabında qeyd edib.

Onun sözlərinə görə, artıq qardaş ölkənin şirkətləri bu ərazilərdə infrastrukturun yaradılması prosesində iştirak edirlər.

Xatırladaq ki, dünən Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib. Forum çərçivəsində tərəflər 11 sənəd imzalayıblar.

Son xəbərlər
Digər xəbərlər