Dünyanı ekoloji baxımdan çirkləndirən ölkələr arasında Türkiyə yoxdur.
Bunu “Yeni Dövrdə İqlim Diplomatiyası və Enerji Təhlükəsizliyi” mövzusunda paneldə ölkənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib.
Nazir deyib ki, Türkiyə dəyişən geosiyasi və iqtisadi dinamika şəraitində qlobal enerji keçidinin idarə edilməsində iqlim diplomatiyasının kritik rolunu öyrənir.
Qeyd edək ki, paneldə Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru (IEA) Fatih Birol, Azərbaycan Prezidentinin İqlim Məsələləri üzrə Nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev, BMT Baş Katibinin İqlim Fəaliyyəti və Ədalətli Keçid üzrə Xüsusi Müşaviri, Selvin Hart iştirak edir.