6 C
Baku
Sunday, December 15, 2024

Nazir: “Vətən müharibəsindən sonra 20 min şəhid ailəsi üzvünə sosial ödəniş təyin edilib”

“Vətən müharibəsindən sonra 35 min şəxsə 41 min xidmət göstərilib. 20 min şəhid ailəsi üzvünə sosial ödəniş təyin edilib”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “YAŞAT” Fondunun bir illik fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu il şəhid ailəsi üzvləri və müharibə əlillərinə 2 600-ə yaxın mənzil təqdim edilib: “İlin sonuna qədər proses davam edəcək. 10 min nəfər sosial psixoloji dəstək xidmətlərindən yararlanıb. 1000-dən artıq şəxs təkərli oturacaqlarla təmin edilib. 163 müharibə əlili olan əsgərə 174 elektron yeni nəsil protezlər verilib. Bundan sonra təxminən 12-17 belə protezin qoyulması da planlaşdırılır. Bununla da həmin şəxslərin gündəlik həyata inteqrasiya edilməsinə və əmək bazarına daxil olmasına şərait yaratmış olacaq”.

Nazir bildirib ki, 5 500 nəfər şəhid ailəsi üzvü və müharibə əlili özünüməşğulluq proqramına cəlb olunub: “Əlavə 2500 nəfər işlə təmin olunub. Məşğulluq marafonu vasitəsilə 1300-ə yaxın şəhid ailəsi üzvü və qazi işə düzəliblər. Bütün rəqəmlərin yekunu olaraq, 9300-dən artıq bu qəbildən olan vətəndaşlar daimi iş yerləri ilə təmin olunurlar. Vahid Əlaqələndirmə Mərkəzi vasitəsilə Bakı şəhəri tam əhatə olunur. Ötən üç ayda 4 163 şəxsə xidmət göstərilib. Şəbəkənin regionlara yayılmasını hədəfləyirik”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər