16 C
Baku
Thursday, April 25, 2024

Nazir: Vicdansız vergi ödəyicilərinə qarşı tədbirləri sərtləşdirəcək

Vergilər Nazirliyi cari ildə vicdansız vergi ödəyicilərinə yanaşmanı sərtləşdirməyi planlaşdırır. Bunu nazir Mikayıl Cabbarov deyib.

“Sevindirici haldır ki, dövlət büdcəsinə vergi daxilolmalarının 92%-i cərimə və sanksiyaların deyil, könüllü ödənişlərin payına düşüb”, – deyə o, bu gün Bakıda keçirilən Azərbaycan-Aİ biznes forumunda bildirib.

Nazir qeyd edib ki, Vergilər Nazirliyi bu il vicdansız vergi ödəyicilərinə yanaşmanı bir qədər sərtləşdirməyi planlaşdırır.

“Biz vergidən yayınmaqla gəlirlərini artırmaq istəyən vergi ödəyicilərinə qarşı sərt mübarizə aparmaq niyyətindəyik. Biz onsuz da vergi yükünü azaltmışıq, islahatlar həyata keçirmişik. Vergi islahatının nəticələrindən biri də budur ki, xüsusilə qeyri-neft sektorunda əmək müqavilələrinin sayı əhəmiyyətli dərəcədə artıb. İlin əvvəlindən bağlanmış 96 min əmək müqaviləsinin 66 mini özəl qeyri-neft sektorunun payına düşüb”, – deyə M.Cabbarov vurğulayıb.

Bununla belə, o, vicdansız vergi ödəyicilərinə qarşı hansı tədbirlərin görüləcəyini açıqlamayıb.

İnterfax.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər