-1 C
Baku
Sunday, December 15, 2024

Nazir: “Xidmət sektoruna investisiya qoyuluşu 27% artıb”

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda məhsul istehsalı və xidmət sahələrinə qoyulmuş investisiyaların məbləği ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 20.8% və 27.4% çox olub.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Xatırladaq ki, 9 ay ərzində ölkədə əsas kapitala 12 milyard 728,9 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 21.3% çox vəsait yönəldilib. Son 1 ildə neft-qaz sektoruna investisiyalar 18.1%, qeyri-neft-qaz sektoruna investisiyalar isə 23.2% artıb.

5d3226ae 5fbb 3422 91f5 d651af6d0c90

MənbəReport
Son xəbərlər
Digər xəbərlər