Ölkədə iqtisadi fəallığın və ixracyönümlü məhsulların istehsalının dəstəklənməsi nəticəsində bu ilin yanvar ayında qeyri-neft-qaz sənaye məhsullarının istehsalının real artım tempi ötən ilin müvafiq dövrünə nisbətən 24,1%, qeyri-neft-qaz ÜDM-in real artım tempi isə 8,8% olub.
Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün rəsmi twitter səhifəsində məlumat verib.