“Həmişə olduğu kimi, bu gün də Azərbaycanda dövlət sahibkarın yanındadır”.
Bunu İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların III Beynəlxalq Elmi Konfransının açılış mərasimində çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, koronavirus (COVID-19) pandemiyası dövründə dövlət sahibkarlara 1 milyard manatlıq dəstək verib.
“Təsadüfi deyil ki, son 2 ildə yaradılmış bir sıra fondlara özəl sektorun köçürmələri üstünlük təşkil edir. Bu da biznesin sosial məsuliyyətinin inkişafının bariz göstəricisidir. Onu da deyim ki, ölkədə qeyri-formal fəaliyyət göstərən sahibkarlar formal fəaliyyətə keçməyə başlayır”, – M.Cabbarov əlavə edib.