17 C
Baku
Bazar, May 29, 2022

Nazir: “Yaxın günlərdə Regional Təhsil İdarələrinə təyinatlar olacaq”

“Regional Təhsil İdarələri yaradılıb və struktur da təsdiq olunub. Yaxın günlər ərzində həmin idarələrə müvafiq yerdəyişmələrlə, yəni yerli təhsil şöbələrində çalışan insanların yeni struktura köçürülməsi, eləcə də müvafiq qaydada yeni təyinatların olması da nəzərdə tutulub”.

Bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir hesab edir ki, bu ayın sonuna qədər Regional Təhsil İdarələrinin ilkin səviyyədə tam fəaliyyəti təmin olunacaq.

Son xəbərlər
Oxşar xəbərlər